Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl iqtisadiyyatın əsas prinsipləri" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl iqtisadiyyatın əsas prinsipləri" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 12-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən yaşıl iqtisadiyyatın mahiyyəti, ekoloji dayanıqlılıq prinsipləri, resursların səmərəli istifadəsi, alternativ enerji mənbələrinin əhəmiyyəti və qlobal yaşıl inkişaf trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə yaşıl iqtisadiyyatın əsas prinsipləri, dairəvi iqtisadiyyat modeli, tullantıların azaldılması, ekoloji məsuliyyətli biznes yanaşmaları və davamlı inkişafda sahibkarlığın rolu ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...