Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl maliyyələşmə" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl maliyyələşmə" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 27-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən yaşıl maliyyələşmənin mahiyyəti, ekoloji məsuliyyətli investisiyaların təşviqi, davamlı inkişaf məqsədləri ilə uyğun maliyyə mexanizmləri, yaşıl layihələrin dəyərləndirilməsi və maliyyə bazarlarında yeni tendensiyalar barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi, ekoloji risklərin qiymətləndirilməsi, dövlət və özəl sektor əməkdaşlığında yaşıl maliyyə imkanları ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...