• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl sahibkarlıq: ekologiya yönümlü biznes modelləri" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl sahibkarlıq: ekologiya yönümlü biznes modelləri" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 17-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən yaşıl sahibkarlığın mahiyyəti, ekoloji yönümlü biznesin üstünlükləri, davamlı inkişaf prinsipləri, alternativ enerji mənbələrinin biznesdə tətbiqi və qlobal trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə ekoloji məsuliyyətli biznes modellərinin qurulması, tullantıların idarə olunması, resurslardan səmərəli istifadə, dairəvi iqtisadiyyat yanaşması və yaşıl innovasiyaların tətbiqi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...