Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl təchizat zənciri" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl təchizat zənciri" mövzusunda maarifləndirici təlim keçirilib. Oktyabrın 13-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən yaşıl təchizat zəncirinin mahiyyəti, ekoloji dayanıqlığın təmin olunmasında rolu, resursların səmərəli istifadəsi, karbon izinin azaldılması və dövri iqtisadiyyat prinsiplərinin tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə davamlı istehsal və istehlak modelləri, təchizatçılarla ekoloji əməkdaşlıq, logistika proseslərində enerji səmərəliliyi, tullantıların idarə olunması və yaşıl biznes strategiyalarının formalaşdırılması ilə bağlı məlumat verilib. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...