Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl texnologiyaların inkişafı və innovasiyalar" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl texnologiyaların inkişafı və innovasiyalar" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 30-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən yaşıl texnologiyaların mahiyyəti, innovativ yanaşmaların tətbiqi, alternativ enerji mənbələrinin istifadəsi, ekoloji səmərəliliyin artırılması və müasir texnoloji trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə resursların idarə olunmasında rəqəmsal həllər, tullantısız istehsal texnologiyaları, ekoloji məsuliyyətli biznes modelləri, innovativ layihələrin yaşıl iqtisadiyyatla inteqrasiyası ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...