Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl turizm və ekoloji səyahət" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl turizm və ekoloji səyahət" mövzusunda maarifləndirici təlim keçirilib. Noyabrın 24-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən yaşıl turizmin mahiyyəti, ekoturizmin prinsipləri, təbiətə zərər vermədən səyahətin təşkili, regionlarda ekoturizm potensialının qiymətləndirilməsi və davamlı turizm modelləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 5 nəfər iştirakçının olduğu təlimdə turist marşrutlarında ekoloji davranış qaydaları, yerli icmalarla əməkdaşlıq, təbii resursların qorunması, ekoloji maarifləndirmə, həmçinin ekoturizm sahəsində biznes imkanları və real tətbiq nümunələri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...