• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Zaman idarəçiliyi və Gantt cədvəlləri" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Zaman idarəçiliyi və Gantt cədvəlləri" mövzusunda maarifləndirici təlim keçirilib. Sentyabrın 30-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən zaman idarəçiliyinin mahiyyəti, iş proseslərinin səmərəli planlaşdırılması, prioritetlərin müəyyənləşdirilməsi, vaxt itkisinə səbəb olan amillərin aradan qaldırılması və müasir idarəetmə yanaşmaları barədə ətraflı məlumat verilib. Eyni zamanda 6 nəfər iştirakçının olduğu təlimdə Gantt cədvəllərinin hazırlanması, layihə mərhələlərinin vizuallaşdırılması, resursların düzgün bölüşdürülməsi, işlərin icra müddətinə nəzarət və effektiv layihə idarəçiliyi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...