Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi tərəfindən "Effektiv ünsiyyət bacarıqları" mövzusunnda maarifləndirici təlimlər keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Effektiv ünsiyyət bacarıqları" mövzusunnda maarifləndirici təlimlər keçirilib. Sentyabrın 8-də təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən ünsiyyətin mahiyyəti, effektiv ünsiyyətin əsas prinsipləri, iş və gündəlik həyatda uğurlu ünsiyyət üçün vacib olan ilkin addımlar, dinləmənin və bədən dilinin əhəmiyyəti, müasir kommunikasiya trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə empatiya və qarşılıqlı anlaşmanın rolu, konfliktlərin idarə olunması, komanda daxilində ünsiyyət strategiyaları, təqdimat bacarıqlarının inkişafı və rəqəmsal mühitdə səmərəli ünsiyyət ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...