Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi tərəfindən "Logistika və təchizat zənciri arasındakı fərqlər və əlaqə" mövzusunda maarifləndirici təlimlər keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Logistika və təchizat zənciri arasındakı fərqlər və əlaqə" mövzusunda maarifləndirici təlimlər keçirilib. Sentyabrın 9-da təşkil olunan təlimdə Gəncə KOBİM-in eksperti tərəfindən logistikanın mahiyyəti, təchizat zəncirinin əsas prinsipləri, istehsaldan istehlakçıyadək məhsul hərəkətinin idarə olunması, xərclərin optimallaşdırılması və müasir logistika trendləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 8 nəfər iştirakçının olduğu təlimdə logistika və təchizat zənciri arasındakı fərqlər, onların qarşılıqlı əlaqəsi, ehtiyatların idarə olunması, nəqliyyat və saxlancın effektiv təşkili, rəqəmsal texnologiyaların logistika proseslərinə təsiri ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...