Xəbərlər
Gəncə KOBİM-in dəstəyi ilə KOB subyektlərinə məsləhət xidmətləri davam edir.

Sentyabın 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən 3 sahibkara biznes planın yazılması və yeni KOB subyektinin yaradılması istiqamətində məsləhət xidməti göstərilib. Gəncə KOBİM-ə un məmulatları, avtoyuma və bərbərxana xidmətlərinin göstərilməsi istiqamətində fəaliyyət göstərən fərdi sahibkarlar Yavər Kərimov, Elnur Bəxtiyarov və Qorxmaz Əmirov müraciət edərək biznes planın yazılması istiqamətində dəstəyə ehtiyacı olduğunu bildirib. Nəticə olaraq Gəncə KOBİM-in eksperti Mübariz Quliyev tərəfindən qeyd olunan sahə üzrə araşdırmalar və təhlillər aparılaraq sahibkara dəstək göstərilib. Zərurət yarandığı təqdirdə KOB subyektinə bu və ya digər mövzularla bağlı dəstək göstərilməsi davam etdiriləcək. Qeyd edək ki, Gəncə KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...

Xəbərlər
"Təchizat zəncirinin idarə olunması: Təchizat zəncirində risklərin identifikasiyası" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 25-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin idarə ...