• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

Gəncə KOBİM-in dəstəyi ilə KOB subyektlərinə məsləhət xidmətləri davam edir

Gəncə KOBİM-in dəstəyi ilə KOB subyektlərinə məsləhət xidmətləri davam edir Oktyabrın 14-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən 12 nəfər sahibkara biznes planın yazılması, maliyyə mənbələrinə çıxış və satış kanallarına çıxış istiqamətində məsləhət xidməti göstərilib. Gəncə KOBİM-ə kafe, avtomobil ehtiyat hissələrinin satışı, rəsm qalereyası, bərbərxana,autizmli uşaqların reabilitasiya mərkəzi, telefon aksesuarları, gözəllik mərkəzi, qadın aksessuarları, kənd təsərrüfatı, incəsənət emalatxanası, parfümeriya, hüquq xidmətləri, geyim satışı və istehsalı istiqaməti üzrə fəaliyyət göstərən sahibkarlar Yadigar Camalov, İlham Türbəndiyev, Həmid Abdullayev, Humay İsmayılova, Leyla Cəfərova, Əli Məlikov, Fidan Kazımova, Asiman Əliyeva, Ülkər Mövsümova, Saməddin Rzayev, Etibar Qasımov və İsmayıl Bağırov müraciət edərək biznes planın yazılması, maliyyə mənbələrinə çıxış və satış kanallarına çıxış istiqamətində dəstəyə ehtiyacı olduğunu bildirib. Nəticə olaraq Gəncə KOBİM-in eksperti tərəfindən qeyd olunan sahə üzrə araşdırmalar və təhlillər aparılaraq sahibkarlara dəstək göstərilib. Zərurət yarandığı təqdirdə KOB subyektinə bu və ya digər mövzularla bağlı dəstək göstərilməsi davam etdiriləcək. Qeyd edək ki, Gəncə KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...