• https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri, Kəpəz rayonu, Mirzə Abbas Abbaszadə küçəsi, bina 51, mənzil 4

Xəbərlər

Gəncə KOBİM-in dəstəyi ilə KOB subyektlərinə məsləhət xidmətləri davam edir

Gəncə KOBİM-in dəstəyi ilə KOB subyektlərinə məsləhət xidmətləri davam edir Oktyabrın 21-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən 11 nəfər sahibkara biznes planın yazılması, maliyyə mənbələrinə çıxış, hüquq, mühasibatlıq və satış kanallarına çıxış istiqamətində məsləhət xidməti göstərilib. Gəncə KOBİM-ə hazırlıq kursu, geyim satışı, üzüm bağı, fındıq bağı, balıqçılıq təsərrüfatı, aksesuar maqazini, hazırlıq kursu, restoran, geyim maqazini, elektron məişət avadanlıqlarının təmiri istiqaməti üzrə fəaliyyət göstərən sahibkarlar Əlizamin Əmirov, Vüsalə Mehdiyeva, Şirxan Qasımov, Mircavid Bağırov, Aslan Rzayev, Raziyyə Quluzadə, Könül Quliyeva, İlahə Hacıyeva, Bəhruz Mikayılov, Vüqar Hüseynov və Bəbir Hüseynov müraciət edərək biznes planın yazılması, maliyyə mənbələrinə çıxış, hüquq, mühasibatlıq və satış kanallarına çıxış istiqamətində dəstəyə ehtiyacı olduğunu bildirib. Nəticə olaraq Gəncə KOBİM-in eksperti tərəfindən qeyd olunan sahə üzrə araşdırmalar və təhlillər aparılaraq sahibkarlara dəstək göstərilib. Zərurət yarandığı təqdirdə KOB subyektinə bu və ya digər mövzularla bağlı dəstək göstərilməsi davam etdiriləcək. Qeyd edək ki, Gəncə KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...

Xəbərlər

"Təchizat zəncirinin idarə olunması: Təchizat zəncirində risklərin identifikasiyası" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 25-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin idarə ...