Xəbərlər
Gəncə KOBİM-in dəstəyi ilə KOB subyektlərinə məsləhət xidmətləri davam edir

Gəncə KOBİM-in dəstəyi ilə KOB subyektlərinə məsləhət xidmətləri davam edir Noyabrın 9-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən 10 nəfər sahibkara biznes planın yazılması istiqamətində məsləhət xidməti göstərilib. Gəncə KOBİM-ə dərzi sexi, foto studiya, şirniyyat sexi, marketinq xidmətləri, quşçuluq, hazırlıq kursu, hicama xidməti istiqaməti üzrə fəaliyyət göstərən sahibkarlar Məlahət Ələkbərova, Gülnar Süleymanova, Vüsalə Rzayeva, Təranə Səmədova, Raisə Əliyeva, Elnarə Kazımova, Zibeydə Abbasova, Zülfiyyə Əhmədova, Sevil İsmayılova və Arzu Dadaşova müraciət edərək biznes planın yazılması istiqamətində dəstəyə ehtiyacı olduğunu bildirib. Nəticə olaraq Gəncə KOBİM-in eksperti tərəfindən qeyd olunan sahə üzrə araşdırmalar və təhlillər aparılaraq sahibkarlara dəstək göstərilib. Zərurət yarandığı təqdirdə KOB subyektinə bu və ya digər mövzularla bağlı dəstək göstərilməsi davam etdiriləcək. Qeyd edək ki, Gəncə KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...

Xəbərlər
"Təchizat zəncirinin idarə olunması: Təchizat zəncirində risklərin identifikasiyası" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 25-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin idarə ...