• https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri, Kəpəz rayonu, Mirzə Abbas Abbaszadə küçəsi, bina 51, mənzil 4

Xəbərlər

Gəncə KOBİM-in dəstəyi ilə KOB subyektlərinə məsləhət xidmətləri davam edir

Gəncə KOBİM-in dəstəyi ilə KOB subyektlərinə məsləhət xidmətləri davam edir Noyabrın 10-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən 11 nəfər sahibkara biznes planın yazılması və maliyyə məsələləri çıxışa mentorluq istiqamətində məsləhət xidməti göstərilib. Gəncə KOBİM-ə şirniyyat sexi, çap və poliqrafiya, gözəllik salonu, quşçuluq ferması, diyetik məhsulların satış mərkəzi istiqaməti üzrə fəaliyyət göstərən sahibkarlar Təranə Səmədova, Arzu Dadaşova, Təranə Quliyeva, Pərvanə Məhərrəmova, Yeganə Nağıyeva, Günay Abdullayeva, Bəsdi Şirbəyli, Röya İmaməliyeva və Kəmalə Ələkbərova müraciət edərək biznes planın yazılması və maliyyə resurslarına çıxışa mentorluq istiqamətində dəstəyə ehtiyacı olduğunu bildirib. Nəticə olaraq Gəncə KOBİM-in eksperti tərəfindən qeyd olunan sahə üzrə araşdırmalar və təhlillər aparılaraq sahibkarlara dəstək göstərilib. Zərurət yarandığı təqdirdə KOB subyektinə bu və ya digər mövzularla bağlı dəstək göstərilməsi davam etdiriləcək. Qeyd edək ki, Gəncə KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...

Xəbərlər

"Təchizat zəncirinin idarə olunması: Təchizat zəncirində risklərin identifikasiyası" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 25-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin idarə ...