Xəbərlər
KOB subyektlərinə məsləhət xidmətləri davam edir.
Gəncə KOBİM-in dəstəyi ilə KOB subyektlərinə məsləhət xidmətləri davam edir. Sentyabın 24-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkarlara biznes planın yazılması istiqamətində məsləhət xidməti göstərilib. Gəncə KOBİM-ə tikinti materialları satışı, bütün növ metal yığımı və satışı, restoran, gözəllik mərkəzi və uşaq aksesuarları mağazası istiqaməti üzrə fəaliyyət göstərən sahibkarlar Şamxal Kərimov, Mərdan Paşayev, Aslan Allahverdiyev, Ruhiyə Mustafayeva müraciət edərək biznes planın yazılması istiqamətində dəstəyə ehtiyacı olduğunu bildirib. Nəticə olaraq Gəncə KOBİM-in eksperti tərəfindən qeyd olunan sahə üzrə araşdırmalar və təhlillər aparılaraq sahibkarlara dəstək göstərilib. Zərurət yarandığı təqdirdə KOB subyektinə bu və ya digər mövzularla bağlı dəstək göstərilməsi davam etdiriləcək. Qeyd edək ki, Gəncə KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...