• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

"Korporativ hüquq: Əmək münasibətlərinin tənzimlənməsi" və "Korporativ hüquq: İşçi hüquqları" mövzularında maarifləndirici təlimlər keçiriləcək.

Noyabrın 26-da Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Korporativ hüquq: Əmək münasibətlərinin tənzimlənməsi" və "Korporativ hüquq: İşçi hüquqları" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Elşad Fərzaliyev aşağıdakı mövzulardan danışacaq: - Əmək münasibətləri və tənzimlənmə mexanizmləri; - Əmək münasibətlərinə qanuni müstəvidə baxış; - İşçi hüquqları və öhdəlikləri; - Hüquqpozmalar zamanı atacağımız addımlar. Birinci təlim 26 noyabr saat 10:00-da, ikinci təlim eyni gün 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...