Xəbərlər
"Korporativ hüquq: Korrupsiya hüquqpozmaları və bu hüquqpozmaların subyektləri" və "Korporativ hüquq: Antikorrupsiya idarəetmə sistemi beynəlxalq standartlarının mahiyyəti və tətbiq edildiyi sahələrə ümumi baxış" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Oktyabrın 5-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Korporativ hüquq: Korrupsiya hüquqpozmaları və bu hüquqpozmaların subyektləri" və "Korporativ hüquq: Antikorrupsiya idarəetmə sistemi beynəlxalq standartlarının mahiyyəti və tətbiq edildiyi sahələrə ümumi baxış" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Elşad Fərzəliyev aşağıdakı mövzulardan danışacaq: - Korrupsiya nədir və necə baş verir - Bu istiqamət üzrə tədbirlər və dövlət proqramları - Hansı halda hüquqlarımız pozulur ? - Antikorrupsiya tədbirləri - Mahiyyəti nədir və necə tənzimlənir - Bu istiqamətdə beynəlxalq təcrübə Birinci təlim 5 oktyabr saat 10:00-da, ikinci təlim eyni gün 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...