• https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri, Kəpəz rayonu, Mirzə Abbas Abbaszadə küçəsi, bina 51, mənzil 4

Xəbərlər

"Korporativ hüquq: Müqavilələrin idarəedilməsi" və "Korporativ hüquq: Təsisçilər arasında münasibətlərin tənzimlənməsi" mövzularında maarifləndirici təlimlər keçiriləcək.

Noyabrın 14-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Korporativ hüquq: Müqavilələrin idarəedilməsi" və "Korporativ hüquq: Təsisçilər arasında münasibətlərin tənzimlənməsi" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Elşad Fərzaliyev aşağıdakı mövzulardan danışacaq: - Müqavilələr və formaları; - Müqavilə tərtibi zamanı diqqət etməli olduğumuz məqamlar; - Təsisçi kimə deyilir?; - Təsisçinin hüquq və öhdəlikləri; - Təsisçilər arasında münasibətlər və onların tənzimlənməsi. Birinci təlim 14 noyabr saat 10:00-da, ikinci təlim eyni gün 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...

Xəbərlər

"Təchizat zəncirinin idarə olunması: Təchizat zəncirində risklərin identifikasiyası" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 25-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin idarə ...