Xəbərlər
"Korporativ hüquq: Təsisçilərin və direktorların səlahiyyətlərinin tənzimlənməsi" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 12-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Korporativ hüquq: Təsisçilərin və direktorların səlahiyyətlərinin tənzimlənməsi" mövzusunda maarifləndirici təlim keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Əhməd Əhmədov aşağıdakı mövzulardan danışacaq: - Korporativ hüquq nədir ? - Təsisçi və hüquqları - Direktorun hüquqları və öhdəlikləri - Təsisçi və direktorların səlahiyyətləri qanunla necə tənzimlənir? Təlim 12 oktyabr saat 12:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...

Xəbərlər
"Təchizat zəncirinin idarə olunması: Təchizat zəncirində risklərin identifikasiyası" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 25-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin idarə ...