Xəbərlər
"Korporativ hüquq: Yerli qanunvericilik və tətbiqi" və "Korporativ hüquq: Mülkiyyət hüququ və şirkət aktivləri" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Oktyabrın 19-u və 20-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Korporativ hüquq: Yerli qanunvericilik və tətbiqi" və "Korporativ hüquq: Mülkiyyət hüququ və şirkət aktivləri" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Əhməd Əhmədov aşağıdakı mövzulardan danışacaq: - Yerli qanunvericilikdə sahibkarlıq fəaliyyətininin yeri - Qanunvericilik tərəfindən tətbiq olunan qaydalar, prinsiplər və fürsətlər - Mülkiyyət hüququ nədir ? - Mülkiyyət hüququnun təmini - Şirkət aktivlərinə nələr daxil edilə bilər ? Birinci təlim 19 oktyabr saat 16:00-da, ikinci təlim 20 oktyabr saat 10:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...