Xəbərlər
"Maliyyə idarəetmə: Sahibkar büdcəni necə idarə etsin?" və "Maliyyə idarəetmə: Özəl fondlar və beynəlxalq maliyyə institutlarının sahibkarlara dəstəyi" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Noyabrın 3-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Maliyyə idarəetmə: Sahibkar büdcəni necə idarə etsin?" və "Maliyyə idarəetmə: Özəl fondlar və beynəlxalq maliyyə institutlarının sahibkarlara dəstəyi" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Əhməd Əhmədov aşağıdakı mövzulardan danışacaq: - Sahibkarlıq fəaliyyətində büdcənin düzgün idarə edilməsi texnikaları; - Sahibkar büdcəni effektiv idarəetməsi üçün hansı bilik və bacarıqlara sahib olmalıdır?; - Özəl fondlar və beynəlxalq maliyyə institutlarının işləmə prinsipləri; - Perspektivli qəbul edilən biznes istiqamətləri. Birinci təlim 3 noyabr saat 12:00-da, ikinci təlim eyni gün 15:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...