Xəbərlər
"Marketinq: Kənd təsərrüfatı məhsullarının marketinqi" və "Korporativ hüquq: Əmək münasibətlərinin tənzimlənməsi" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Noyabrın 28-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinq: Kənd təsərrüfatı məhsullarının marketinqi" və "Korporativ hüquq: Əmək münasibətlərinin tənzimlənməsi" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Elşad Fərzalıyev aşağıdakı mövzulardan danışacaq: - Kənd təsərrüfatı məhsullarının düzgün təqdimatı; - Kənd təsərrüfatı sektorunda effektiv marketinq texnikaları; - Əmək münasibətləri və tənzimlənmə mexanizmləri; - Əmək münasibətlərinə qanuni müstəvidə baxış. Birinci təlim 28 noyabr saat 10:00-da, ikinci təlim eyni gün 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...