Xəbərlər
"Marketinq: Marketinqdə tanıtım alətləri və satışa təsirləri" və "Marketinq: Bazar araşdırması və hədəf kütlənin müəyyən edilməsi" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Oktyabrın 25-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinq: Marketinqdə tanıtım alətləri və satışa təsirləri" və "Marketinq: Bazar araşdırması və hədəf kütlənin müəyyən edilməsi" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Malik Əmirxanov aşağıdakı mövzulardan danışacaq: - Marketinq və tanıtım alətləri - Marketinq alətlərinin satışa təsiri - Effektiv satış üçün alətlərdən düzgün istifadə qaydaları və metodları - Bazar araşdırmasının marketinq strategiyasına təsirləri - Düzgün hədəf kütləsinin müəyyən edilməsi texnikaları Birinci təlim 25 oktyabr saat 13:00-da, ikinci təlim eyni gün 16:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...