Xəbərlər
"Marketinq: Marketinqin əsas prinsipləri " və "Marketinq: Hədəf bazarın təyini" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Oktyabrın 4-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinq: Marketinqin əsas prinsipləri " və "Marketinq: Hədəf bazarın təyini" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Malik Əmirxanov aşağıdakı mövzulardan danışacaq: - Marketinq nədir? - Marketinq anlayışı və əsas prinsipləri; - Biznesdə marketinqin yeri - Hədəf bazar nədir və necə təyin edilir ? - Bütün bazarlar ya niş bazar? - Hədəf bazarı analiz edən zaman diqqət etməli olduğumuz məqamlar. Birinci təlim 4 oktyabr saat 10:00-da, ikinci təlim eyni gün 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...