Xəbərlər
"Marketinq: Müasir reklam strategiyaları" və "Marketinq: Böhran kommunikasiyalarının idarə edilməsi" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Oktyabrın 22-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinq: Müasir reklam strategiyaları" və "Marketinq: Böhran kommunikasiyalarının idarə edilməsi" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Elşad Fərzəliyev aşağıdakı mövzulardan danışacaq: - Reklam və PR - Müasir reklam strategiyaları - Bu istiqamətdə beynəlxalq təcrübə - Böhran kommunikasiyası nədir - Effektiv idarəetmə metodları Birinci təlim 22 oktyabr saat 12:00-da, ikinci təlim eyni gün 15:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...