• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

"Rəqəmsal bacarıqlar: İnnovativ sahələrdə bilik və bacarıqların inkişaf etdirilməsi yolları" və "Rəqəmsal bacarıqlar: Rəqəmsal bacarıqların inkişafının biznesə təsirləri" mövzularında maarifləndirici təlimlər keçiriləcək.

Oktyabrın 13-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal bacarıqlar: İnnovativ sahələrdə bilik və bacarıqların inkişaf etdirilməsi yolları" və "Rəqəmsal bacarıqlar: Rəqəmsal bacarıqların inkişafının biznesə təsirləri" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Şamo Salayev aşağıdakı mövzulardan danışacaq: - Müasir dövr və rəqəmsal bacarıqlar - İnnovativ bizneslər və onların idarəedilməsində tələb olunan bilik və bacarıqlar - Biznesin inkişafına sürətli təsir edən rəqəmsal alətlər və onlardan istifadə qaydaları - Rəqəmsal alqoritmlər və onlarla iş Birinci təlim 13 oktyabr saat 10:00-da, ikinci təlim eyni gün 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...