Xəbərlər
"Rəqəmsal bacarıqlar: Kənd təsərrüfatı məhsullarının satışında sosial medianın rolu" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 26-da Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal bacarıqlar: Kənd təsərrüfatı məhsullarının satışında sosial medianın rolu" mövzusunda maarifləndirici təlim keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Şamo Salayev aşağıdakı mövzulardan danışacaq: - Kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi - Sosial medianın kənd təsərrüfatında tətbiqi - Effektiv satışlar üçün sosial media alətlərindən düzgün istifadə qaydaları Təlim 26 oktyabr saat 12:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...