Xəbərlər
"Rəqəmsal bacarıqlar: SMM işinin təşkili" və "Rəqəmsal bacarıqlar: Rəqəmsal alətlərin turizm sektorunda effektiv tətbiq texnikaları" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Oktyabrın 6-da Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Rəqəmsal bacarıqlar: SMM işinin təşkili" və "Rəqəmsal bacarıqlar: Rəqəmsal alətlərin turizm sektorunda effektiv tətbiq texnikaları" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Şamo Salayev aşağıdakı mövzulardan danışacaq: - SMM nədir? - SMM işinin təşkili və prinsipləri - Biznesə təsirləri - Turizm sektoruna rəqəmsal alətlərin tətbiqi qaydaları - Turizm sektorunda rəqəmsal sistemin qurulması strategiyaları Birinci təlim 6 oktyabr saat 10:00-da, ikinci təlim eyni gün 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...