Xəbərlər
"Satış: Praktiki satış texnikaları" və "Satış: onlayn satış" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Noyabrın 7-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış: Praktiki satış texnikaları" və "Satış: onlayn satış" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Əhməd Əhmədov aşağıdakı mövzulardan danışacaq: - Satışın effektiv qurulması - Prosesi effektiv idarəetmə - Manipulyasiya texnikaları - Onlayn satış alətləri - Effektiv satış platformaları - Onlayn satış sisteminin qurulması Birinci təlim 7 noyabr saat 11:00-da, ikinci təlim eyni gün 15:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...