Xəbərlər
"Satış: Satışda şəxsiyyət tipləri" və "Satış: Satışda mübahisələrin idarə olunması" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Oktyabrın 5-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Satış: Satışda şəxsiyyət tipləri" və "Satış: Satışda mübahisələrin idarə olunması" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Əhməd Əhmədov aşağıdakı mövzulardan danışacaq: - Satış prosesinin qurulması - Müştəri analizi - Müştəri tiplərinin müxtəlif kriteriyalar üzrə dəyərləndirilməsi - Müştəri idarəetmə texnikaları - Problemli müştəriləri necə manipulyasiya edək ? Birinci təlim 5 oktyabr saat 12:00-da, ikinci təlim eyni gün 16:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...