Xəbərlər
"Soft skills: Araşdırma bacarıqları" və "Soft skills: Emosional zəka" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Noyabrın 4-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Araşdırma bacarıqları" və "Soft skills: Emosional zəka" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Peykər İbrahimova aşağıdakı mövzulardan danışacaq: - Araşdırma zamanı diqqət etməli olduğumuz məqamlar; - Açar sözlərdən düzgün istifadə; - Dataların düzgün və doğru mənbələrdən toplanılması; - Emosional zəka nədir; - Emosional zəkanı necə effektiv idarə edək; Birinci təlim 4 noyabr saat 12:00-da, ikinci təlim eyni gün 15:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...