Xəbərlər
"Soft skills: təqdimat bacarıqları" və "Soft skills: Komanda ilə işləmə bacarıqları" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Noyabrın 3-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: təqdimat bacarıqları" və "Soft skills: Komanda ilə işləmə bacarıqları" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Peykər İbrahimova aşağıdakı mövzulardan danışacaq: - Düzgün təqdimat texnikaları; - Effektiv təqdimat necə olur?; - Biznesdə təqdimatın önəmi; - Komanda ilə işləyən zaman diqqət yetirməli olduğumuz məqamlar; - Komandanın motivasiyası. Birinci təlim 3 noyabr saat 10:00-da, ikinci təlim eyni gün 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...