Xəbərlər
"Sosial sahibkarlıq: Sosial sahibkarlıqda maliyyə mənbələri" və "Sosial sahibkarlıq: Sosial sahibkarlıq subyektinin formalaşdırılması" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Noyabrın 13-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Sosial sahibkarlıq: Sosial sahibkarlıqda maliyyə mənbələri" və "Sosial sahibkarlıq: Sosial sahibkarlıq subyektinin formalaşdırılması" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Cəfər Cəfərov aşağıdakı mövzulardan danışacaq: - Sosial sahibkarlıq nədir?; - Sosial sahibkarlıq subyektləri üçün maliyyə mənbələri; - Sosial sahibkarlıq subyektinin formalaşdırılması və prinsipləri; - Sosial sahibkarlıq subyektlərinin fəaliyyətinin qanunla tənzimlənməsi qaydaları Birinci təlim 13 noyabr saat 10:00-da, ikinci təlim eyni gün 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...