Xəbərlər
"Təchizat zəncirinin idarə olunması: Təchizat zəncirinin planlaşdırılması" və "Təchizat zəncirinin idarə olunması: Rəhbərlər üçün təchizat zənciri" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Noyabrın 11-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin idarə olunması: Təchizat zəncirinin planlaşdırılması" və "Təchizat zəncirinin idarə olunması: Rəhbərlər üçün təchizat zənciri" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Cəfər Cəfərov aşağıdakı mövzulardan danışacaq: - Təchizat zənciri və idarəetmənin təşkili - Təchizat zəncirində planlaşdırma - Ehtiyac və tələbin müəyyən edilməsi - Təchizat zəncirinin idarəedilməsinə rəhbərin bilik və bacarıqlarının təsirləri - Rəhbər şəxslər təchizatın effektiv idarəedilməsini təmin etmək üçün hansı bilik və bacarıqlara malik olmalıdır? Birinci təlim 11 noyabr saat 10:00-da, ikinci təlim eyni gün 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...