• 09:00-18:00
    09:00-18:00

    Bazar ertəsi-Cümə

  • https://gence.kobim.az/
    Gəncə, Azərbaycan

    Gəncə şəhəri

Xəbərlər

"Təchizat zəncirinin idarə olunması: Təchizat zəncirininin qurulması və effektiv idarəedilməsi" və "Təchizat zəncirinin idarə olunması: Təchizatda beynəlxalq təcrübə və imkanlar" mövzularında maarifləndirici təlimlər keçiriləcək.

Oktyabrın 19-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin idarə olunması: Təchizat zəncirininin qurulması və effektiv idarəedilməsi" və "Təchizat zəncirinin idarə olunması: Təchizatda beynəlxalq təcrübə və imkanlar" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Şamo Salayev aşağıdakı mövzulardan danışacaq: - Effektiv təchizat zəncirinin qurulması - Təchizat zəncirinin idarə edilməsində müasir texnologiya və proqramların rolu - Bu istiqamətdə beynəlxalq təcrübə - Təchizatda yerli və xarici perspektivlər Birinci təlim 19 oktyabr saat 12:00-da, ikinci təlim eyni gün 16:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən

Xəbərlər

Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...

Xəbərlər

"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.

Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...