Xəbərlər
"Təchizat zəncirinin idarə olunması: Xarici bazarlara çıxış " və "Təchizat zəncirinin idarə olunması: Şərq tərəfdaşlığı ölkələri və mövcud bazar imkanları" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Oktyabrın 4-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin idarə olunması: Xarici bazarlara çıxış " və "Təchizat zəncirinin idarə olunması: Şərq tərəfdaşlığı ölkələri və mövcud bazar imkanları" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Cəfər Cəfərov aşağıdakı mövzulardan danışacaq: - Təchizat zəncirinin qurulması və idarə edilməsi - Xarici bazarlar və çıxış imkanları - Bu istiqamətdə dövlət dəstəyi - Şərq tərəfdaşlığı ölkələri və bazarları - Bu ölkələrə ixrac zamanı hüquqi tənzimləmə - Şərq tərəfdaşlığı ölkələrinə ixrac zamanı ölkələrin yanaşmaları. Birinci təlim 4 oktyabr saat 12:00-da, ikinci təlim eyni gün 16:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...