Xəbərlər
"Təchizat zəncirinin idarə olunması:Təchizat zəncirində dayanıqlı tərəfdaşlıqların qurulması yolları" və "Təchizat zəncirinin idarə olunması: Çatdırılma və logistika idarəçiliyi" mövzularında maarifləndirici təlimlər
Oktyabrın 26-da Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Təchizat zəncirinin idarə olunması:Təchizat zəncirində dayanıqlı tərəfdaşlıqların qurulması yolları" və "Təchizat zəncirinin idarə olunması: Çatdırılma və logistika idarəçiliyi" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Cəfər Cəfərov aşağıdakı mövzulardan danışacaq: - Təchizat zənciri və tərəfdaşlıq - Bu istiqamətdə maraqlı tərəflərlə işin təşkili - Əlaqələrin dayanıqlı qurulmasında effektiv yanaşmalar - Təchizat zəncirinin ayrılmaz hissəsi olan çatdırılma və logistika idarəçiliyi - Prosesin icrası üçün tələb olunan resurslar Birinci təlim 26 oktyabr saat 14:00-da, ikinci təlim eyni gün 17:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...