Xəbərlər
"Yaşıl iqtisadiyyat: Azərbaycanda yaşıl enerji qanunvericiliyi və KOB-lar" və "Sosial sahibkarlıq: Sosial sahibkarlıqda maliyyə dayaqları" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Oktyabrın 12-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl iqtisadiyyat: Azərbaycanda yaşıl enerji qanunvericiliyi və KOB-lar" və "Sosial sahibkarlıq: Sosial sahibkarlıqda maliyyə dayaqları" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Cəfər Cəfərov aşağıdakı mövzulardan danışacaq: - Yaşıl iqtisadiyyat nədir? - Azərbaycanda yaşıl iqtisadiyyat və perspektivlər - Yaşıl enerji qanunvericiliyi - Sosial sahibkarlıq nədir və necə formalaşır ? - Sosial sahibkar olmaq üçün hansı addımlar atılmalıdır? - Sosial sahibkarlıq subyektlərində maliyyə dayaqlarının formalaşması və davamlılıq. Birinci təlim 12 oktyabr saat 10:00-da, ikinci təlim eyni gün 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...