Xəbərlər
"Yaşıl iqtisadiyyat: İqlim dəyişikliyi və ekoloji çərçivə" və "Yaşıl iqtisadiyyat: Radioekoloji çirklənmələrin yaşıl iqtisadiyyata təsirləri" mövzularında maarifləndirici təlimlər keçiriləcək.
Dekabrın 3-ü və 4-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Yaşıl iqtisadiyyat: İqlim dəyişikliyi və ekoloji çərçivə" və "Yaşıl iqtisadiyyat: Radioekoloji çirklənmələrin yaşıl iqtisadiyyata təsirləri" mövzularında maarifləndirici təlimlər keçiriləcək. Təlim zamanı Gəncə KOBİM-in peşəkar eksperti Cəfər Cəfərov aşağıdakı mövzulardan danışacaq: - Yaşıl iqtisadiyyatın perspektivləri ; - Yaşıl iqtisadiyyatın qorunması və inkişafı üçün atılmalı addımlar; - İqlim dəyişikliyi və ekoloji çərçivə; - Radioekoloji çirklənmələr nədir və necə baş verir?; - Bu istiqamətdə ön tədbirlər; - Radioekoloji çirklənmələrin yaşıl iqtisadiyyata təsirləri. Birinci təlim 3 dekabr saat 11:00-da, ikinci təlim növbəti gün 11:00-da keçiriləcəkdir. İştirak etmək üçün (+994) 51 919-60-84 nömrəsi ilə əlaqə saxlaya və ya gence@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Qeyd edək ki, Gəncə KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Xəbərlər
Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "İnternet təhlükəsizliyi və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim keçirilib
Gəncə KOBİM tərəfindən növbəti təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı ...
Xəbərlər
"Soft skills: Uyğunlaşma bacarıqları" mövzusunda maarifləndirici təlim keçiriləcək.
Oktyabrın 27-də Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Soft skills: Uyğunlaşma ...